Yaponiyanın Hokkaydo adası sahillərində 4,3 bal gücündə zəlzələ baş verib
Mayın 12-də Yaponiyanın şimalında yerləşən Hokkaydo adası sahillərində 4,3 bal gücündə zəlzələ baş verib.
SİA Yaponiya Meteorologiya Agentliyinə istinadən xəbər verir ki, yerli vaxtla saat 11:44 dəqiqədə qeydə alınan yeraltı təkanların episentri adanın şimalında, Nemuro şəhəri yaxınlığında, ocağı 50 kilometr dərinlikdə yerləşib.
Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan olunmayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB