Çinin Honq Konk Xüsusi İnzibati Bölgəsində hökumət əleyhinə nümayişdə iştirak edən 200-dən çox insanın polis tərəfindən tutulduğu bildirilib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Honq Konk mediasında yer alan xəbərlərə görə, polis, şəhərdəki nümayişçiləri dağıtmaq üçün təkrar xəbərdarlıq edildikdən sonra onların gecə yarısında tutulduğunu söylədi.
Polis rəsmiləri, Monqkok bölgəsindəki nümayişçilərin yolu daşlarla bağlamağa və küçələrə atəş açmağa çalışdıqlarını söyləyib.
Honq Konk son iki ildə demokratiya tərəfdarı etirazların səhnəsi olub. Nümayişlər son həftələrdə, koronavirus təhlükəsinin azalması ilə yenidən canlanmağa meyl edib. Hökumət əvvəllər maksimum dörd nəfərin küçədə toplaşmasına icazə verərkən bu say səkkizə qədər artırılıb.
Honq Konk qəzetləri anonim mənbələrə əsaslanaraq xəbərlərində ən az 200-250 nəfərin tutulduğunu açıqlayıb.
Qeyd edək ki, İngiltərə uzun müddət hakimiyyəti altında saxladığı Honq Konku 1997-ci ildə Çinə təhvil verib. Honq Konk 1997-ci ildən bəri "vahid dövlət ikili idarəetmə" sistemi altındadır. Keçən il Honq Konkda cinayətkarların Çinə verilməsi ilə bağlı qanun layihəsi ilə əlaqədar kütləvi nümayişlər keçirildi və qanun rəfə qoyulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB