Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Çinin epidemiya ilə bağlı bəzi məlumatları paylaşmamaq üçün təzyiq göstərdiyi iddialarını rədd edib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
"Der Spiegel" jurnalının Alman Kəşfiyyat İdarəsinə (BND) yaxın mənbələrə əsaslanan bir hesabatında Çinin Covid-19 epidemiyasından sonra qlobal təhlükə xəbərdarlığını təxirə salması təklif olunduğu irəli sürülüb.
ÜST xəbərdə qeyd edilən, Çin Prezidenti Şi Cinpingin ÜST Baş direktoru Tedros Adhanom Ghebreyesus ilə telefon danışığına dair iddiaları "əsassız və qeyri-real" deyərək rədd etdi.
Hesabatda deyilir: "Çin prezidenti Şi Cinping Ghebreyesusdan virus haqqında insandan insana keçməsi barədə məlumat verməkdən çəkinməsini və ortaya çıxan yeni epidemiya xəbərdarlığı təxirə salmasını istəyib".
Alman Kəşfiyyat Xidməti (BND) mövzu ilə bağlı suallara cavab vermədi.
20 Yanvarda Çinin virusun insandan insana ötürüldüyünü təsdiqlədiyini xatırladan ÜST, aralarında belə bir telefon danışığının olmadığını və bu xəbərlərin həm qurumun, həm də beynəlxalq birliyin epidemiyaya qarşı mübarizəsinə kölgə saldığını bildirdi.
Xatırladaq ki, ÜST yanvarın 22-də Vuhan'da Covid-19-ın insandan insana ötürüldüyünə dair əlamətlərin olduğunu və 11 martda təşkilat epidemiyanı 'pandemiya' elan edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB