BMT baş katibi sülhməramlılara hücum iştirakçılarını cəzalandırmağa çağırır

BMT baş katibi sülhməramlılara hücum iştirakçılarını cəzalandırmağa çağırır

BMT Baş katibi António Quterres, Mali hakimiyyətini sülhməramlılara edilən hücumlarda məsul olanları məsuliyyətə cəlb etməyə çağırır. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə baş katibin mətbuat katibi Stefan Dyujarric məlumat verib.

Bir qədər əvvəl bildirilirdi ki, bazar ertəsi səhər Malinin şimalındakı Aqelhock şəhərinin yaxınlığında planlaşdırılan patrul zamanı yol kənarındakı mina partlaması nəticəsində 3 sülhməramlı həlak olub, daha dörd nəfər yaralanıb.
"Baş katib, Malidəki BMT-nin Çoxölçülü İnteqrasiya Sabitləşdirmə Missiyasının karvanına qarşı partlayıcı qurğularla edilən hücumları sərt şəkildə pisləyir", deyə Dujarric bildirib.

Onun sözlərinə görə, baş katib xatırladır ki, beynəlxalq hüquq normalarına əsasən BMT sülhməramlılarına hücumlar müharibə cinayətini təşkil edə bilər. "O, Maliya hakimiyyətini bu hücumların günahkarlarını müəyyənləşdirmək üçün hər cür səy göstərməyə və dərhal məsuliyyətə cəlb etməyə çağırır", deyə Dujarric vurğulayıb.

Rəsmi nümayəndənin sözlərinə görə, bu cür hərəkətlər BMT-nin Mali xalqına və hökumətinə sülh və sabitlik axtarışında dəstəyini davam etdirməsinə mane olmayacaqdır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə