İndoneziyada güclü zəlzələ oldu

İndoneziyada güclü zəlzələ oldu

İndoenziyada 5.7 bal gücündə zəlzələ olub. SİA-nın verdiyi məlumata görə, yeraltı təkanlar yerin 10 kilometr dərinliyində olub. Episetri Qərbi Maluku Tenqqara əyalətində olan zəlzələ zamanı ölən və yaralananları olduğuna dair məlumat verilmir.

Qeyd edək ki, Qərbi Maluku Tenqqara əyalətinin paytaxtı Ambonda 26 sentyabr 2019-cu ildə qeydə alınan 6.8 bal gücündəki zəlzələdə 36 nəfər ölüb.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə