Rusiyada tibbi-sosial müəssisədə baş vermiş yanğın nəticəsində 9 nəfər ölüb

Rusiyada tibbi-sosial müəssisədə baş vermiş yanğın nəticəsində 9 nəfər ölüb

Rusiya paytaxtı yaxınlığında, Krasnoqorsk şəhərində xüsusi hospisdə - tibbi-sosial müəssisədə baş vermiş yanğın nəticəsində 9 nəfər ölüb. Daha 9 nəfər təcili tibbi yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

SİA "RİA Novosti" agentliyinə istinadla xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin regional qərargahı məlumat yayıb. Əraziyə gələn yanğınsöndürənlər binanın ikinci mərtəbəsində açıq alovun qarşısını alıb.

Binada 29 nəfər ahıl yaşlı insan olub. Yanğınsöndürənlər gələnə qədər 11 nəfər özü binanı tərk edib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə