Koronavirusdan 131 nəfər həyatını itirib Belarusda

Koronavirusdan 131 nəfər həyatını itirib Belarusda

Belarusda koronavirusa yoluxan xəstələrin sayı 23 minə yaxınlaşıb. SİA-nın verdiyi xəbərə görə, Belarus Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, hazırda ölkədə koronavirusa yoluxanların sayı 22 min 973 nəfərdir. Onlardan 6 min 406 nəfəri tam sağalaraq evə buraxılıb, 131 nəfər isə həyatını itirib.

İndiyədək Belarusda koronavirusla bağlı 263 mindən artıq test aparılıb. Testlərin aparılması üçün ölkədə 25 laboratoriya fəaliyyət göstərir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə