Koronavirusa yoluxma hallarının artması müşahidə edilir İranda

Koronavirusa yoluxma hallarının artması müşahidə edilir İranda

Ötən sutka ərzində İranda daha 1529 nəfər koronavirusa yoluxub, 48 nəfər isə həyatını itirib. SİA-nın verdiyi xəbərə görə, İran Səhiyyə Nazirliyinin məlumatına əsasən, ümumilikdə yoluxanların sayı 106 min 220 nəfərə, ölənlərin sayı isə 6 min 589-a çatıb. Xüsusi xəstəxanalarda müalicə olunan 85 min 64 nəfər sağalıb. Yoluxma hallarının artması vətəndaşların sosial məsafəni gözləməməsi və bəzi digər qaydalara əməl etməməsi ilə izah olunur.

İranın tibbi-elmi mərkəzlərində koronavirusa qarşı vaksin hazırlanması prosesi davam edir.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə