Koronavirusa yoluxanların sayı 635-ə çatdı Gürcüstanda

Koronavirusa yoluxanların sayı 635-ə çatdı Gürcüstanda

Gürcüstanda daha 9 nəfər koronavirusa yoluxub. SİA-nın verdiyi xəbərə görə, bu barədə Gürcüstan hökumətinin koronavirusla bağlı xüsusi rəsmi saytında bildirilib. Qeyd edilir ki, bununla da ölkədə COVID-19-a yoluxanların sayı 635 nəfərə çatıb. İndiyədək qonşu ölkədə virusa yoluxanların 309-u müalicə olunaraq sağalıb, 10-u dünyasını dəyişib. Hazırda ölkə üzrə karantində 4 717, stasionar nəzarətdə isə 452 nəfər saxlanılır.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə