Virusa yoluxanların sayı yenə artdı Özbəkistanda

Virusa yoluxanların sayı yenə artdı Özbəkistanda

Özbəkistanda daha 38 nəfər koronavirusa yoluxub. SİA-nın verdiyi xəbərə görə, bu barədə Özbəkistan Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, bununla da ölkədə virusa yoluxanların sayı 2387 nəfərə çatıb. Onlardan 1846 nəfər sağalıb, 10 xəstə həyatını itirib.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə