Tramp və onun panamalı həmkarı Laurentino Kortiso arasında telefon danışığı olub.

Tramp və onun panamalı həmkarı Laurentino Kortiso arasında telefon danışığı olub.

ABŞ prezidenti Donald Tramp və onun panamalı həmkarı Laurentino Kortiso arasında telefon danışığı olub.

SİA "gazeta.ru" saytına istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibinin müavini Cadd Dir bildirib.

C.Dir deyib: "Prezident Tramp Panama vətəndaşlarına yardım üçün resurslar təklif edərək, ölkəyə dəstəyini təsdiqləyib və Panamanın iqtisadi cəhətdən böyüməsinə bağlılığını ifadə edib. Donald Tramp Panama kanalının idarə edilməsinin pandemiya zamanı qlobal iqtisadiyyat üçün xüsusilə vacib olduğunu qeyd edib".

Qeyd edək ki, Panamada koronavirusa yoluxanların sayı 8 070 nəfər, koronavirusdan ölənlərin sayı isə 231 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə