Rusiyanın paytaxtında koronavirusdan ölənlərin ümumi sayı 1 068 nəfərə çatıb

Rusiyanın paytaxtında koronavirusdan ölənlərin ümumi sayı 1 068 nəfərə çatıb

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan daha 58 nəfər ölüb.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 58 xəstə dünyasını dəyişib".

Qeyd edək ki, Rusiyanın paytaxtında koronavirusdan ölənlərin ümumi sayı 1 068 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə