Rusiyada koronavirusa yoluxan hərbçilərin sayı 1656 nəfərə çatıb

Rusiyada koronavirusa yoluxan hərbçilərin sayı 1656 nəfərə çatıb

Rusiyada yeni növ koronavirusa yoluxan hərbçilərin sayı 1656 nəfərə çatıb.

SİA "İnterfaks" agentliyinə istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyindən bildiriblər.

Xəbərə əsasən, koronavirusa yoluxan hərbçilərdən 418-i Müdafiə Nazirliyinin hospitallarında, 19 hərbçi mülki xəstəxanalarda müalicə alır, 568 hərbçi izolyasiyaya yerləşdirilib, 651 hərbçi isə ev karantinində qalır.

Bildirilir ki, koronavirusa yoluxan hərbçilərdən 3 nəfərinin vəziyyəti ağır, 14 nəfərinin vəziyyəti isə orta-ağırdır.

Qeyd edək ki, Rusiyada koronavirusa yoluxanların sayı 198 676 nəfər, koronavirusdan ölənlərin sayı isə 1 827 nəfər təşkil edir.

Bütün xəbərlər Facebook səhifəmizdə