Filippinin qərb hissəsində güclü zəlzələ baş verib

Filippinin qərb hissəsində güclü zəlzələ baş verib

Filippinin qərb hissəsində 5,3 bal gücündə zəlzələ baş verib.

SİA "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilib ki, zəlzələ yerli vaxtla 19:18-də qeydə alınıb. Yeraltı təkanın episentri San-Dieqo ərazisindən 10 kilometr qərbdə, Kalabarson bölgəsində yerləşib.

Zəlzələnin ocağı 86,9 kilometr dərinlikdə olub.

Tələfat və dağıntılar barədə məlumat verilməyib.

Bütün xəbərlər Facebook səhifəmizdə