Fransa Parlamenti ölkədə tətbiq edilmiş fövqəladə vəziyyətin uzadılmasını təsdiqləyib

Fransa Parlamenti ölkədə tətbiq edilmiş fövqəladə vəziyyətin uzadılmasını təsdiqləyib

Fransa Parlamenti şənbə günü koronavirus pandemiyası ilə əlaqədar ölkədə tətbiq edilmiş fövqəladə vəziyyətin iyulun 10-dək uzadılması barədə qanun layihəsini təsdiqləyib.

SİA "TASS" agentliyinə istinadən xəbər verir ki, bu barədə parlamentin rəsmi “Twitter” hesabında bildirilib.

Qeyd edilib ki, 252 millət vəkilindən 87 nəfəri təqdim olunan qanun layihəsinin əleyhinə səs verib.

Bütün xəbərlər Facebook səhifəmizdə