Rusiyada son 24 saat ərzində 10 min 817 nəfər COVİD-19 virusuna yoluxub. SİA-nın xəbərinə görə, bu barədə koronavirusun yayılmasına qarşı mübarizə üzrə operativ qərargah məlumat yayıb.
Qeyd olunur ki, müəyyən edilmiş halların demək olar ki, 41 faizində infeksiya simptomlarsız keçir. Ümümilikdə Rusiyada koronavirusa yoluxanların sayı 198 min 676 nəfərdir. Son 24 saat ərzində bu sayda 5.8 faiz artım qeydə alınıb.
Son gündə 5308 nəfər sağalaraq xəstəxanalardan evə buraxılıb.
Gün ərzində 104 nəfər, ümumilikdə isə 1827 nəfər COVİD-19-dan dünyasını dəyişib.
Müəllif: Nailə Məhərrəmova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB