"Allah bu bədbəxtlikləri aradan qaldırmağa kömək edəcək" Aleksandr Lukaşenko

"Allah bu bədbəxtlikləri aradan qaldırmağa kömək edəcək" Aleksandr Lukaşenko

Belarusiya Prezidenti Aleksandr Lukaşenko əmindir ki, respublikada Allahın köməyi ilə, COVID-19 koronavirusunu aradan qaldırılacaqdır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə Sputnik Belarus agentliyi məlumat verib.

"Düşünürəm ki, Allah bu bədbəxtlikləri və hücumu aradan qaldırmağa kömək edəcək", deyə dövlət başçısı bildirib.

Prezident, infeksiya yayılmasına qarşı mübarizədə seçilmiş Minsk yolunun düzgünlüyünə inamını da ifadə edib. O, respublikada koronavirusa qarşı mübarizə apardıqlarına, fövqəladə vəziyyət tətbiq edilməməsinə diqqət çəkib. Üstəlik, qeyd edib ki, əsas məsələ, insanların həyatını xilas etməkdir.

"Hər bir insan üçün mübarizə aparmalıyıq və bunu necə edəcəyimizi də bilirik", deyə o bəyan edib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə