"Yaxın gələcəkdə təmaslar digər səviyyələrdə də davam edəcək" Sergey Ryabkov

"Yaxın gələcəkdə təmaslar digər səviyyələrdə də davam edəcək" Sergey Ryabkov

Yaxın gələcəkdə Moskva və Vaşinqton strateji sabitlik və silah nəzarəti ilə əlaqələri davam etdirəcək, Rusiya ABŞ-ın dialoqda marağını alqışlayır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri RİA Novostiyə müsahibəsində xarici işlər nazirinin müavini Sergey Ryabkov söyləyib.

Rusiya Xarici İşlər Nazirliyinin daha əvvəl verdiyi məlumata görə, qlobal təhlükəsizlik çərşənbə günü Rusiya xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Mayk Pompeo tərəfindən müzakirə edilib. Xarici İşlər Nazirliyi qeyd edib ki, Lavrov yenidən 2021-ci ilin fevralında başa çatacaq START Müqaviləsinin uzadılmasının lehinə çıxış edərək, "strateji sabitliyə təsir edən amillər nəzərə alınmaqla silah məhdudlaşdırılması və yayılmaması mövzusunda Rusiya-Amerika dialoqunun intensivləşdirilməsi yollarını araşdırılıb", deyə bildirib. Kremlin mətbuat xidmətindən verilən məlumata görə, cümə axşamı ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin telefon danışığında iki ölkənin strateji sabitlik, epidemiyalara qarşı mübarizə və regional qarşıdurmalarda çox şey əldə edə biləcəyini vurğulayıblar.

"Son zamanlarda strateji sabitlik və silah nəzarəti mövzusunda ABŞ ilə dialoqun davam etdirilməsi mövzusu, ölkələrimiz arasında ən yüksək səviyyədə olan bütün təmaslarda səslənib. Biz bunu Amerika tərəfində də eyni şəkildə dialoqa yönəlmiş müəyyən bir marağın təzahürü olaraq qəbul edirik. Əlbəttə ki, bunu alqışlayırıq", deyə Ryabkov bildirib.

O vurğulayıb ki, "yaxın gələcəkdə təmaslar digər səviyyələrdə də davam edəcək".

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə