“Bu nəşrlərin müəllifləri əslində, jurnalistlər deyil, fırıldaqçılardır" Donald Tramp
ABŞ Prezidenti Donald Tramp, Pulitzer Mükafatının təşkilatçıları, “New York Times”-ı Rusiya ilə bağlı bir sıra materiallarına görə mükafatdan məhrum etməli olduqlarını söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bunu Tramp özü bəyan edib və həmin nəşrlərin müəlliflərini jurnalist deyil, fırıldaqçı adlandırıb.
“Bu nəşrlərin müəllifləri əslində, jurnalistlər deyil, fırıldaqçılardır", deyə Ağ Ev rəhbəri bildirib.
Tramp hesab edir ki, yayımlanan məlumatlar həqiqətə uyğun olmadığı üçün mükafatı geri qaytarmağa məcbur etmək lazımdır.
"Pulitzer mükafatı təşkilat komitəsi və ya mükafatı verən hər kəs mükafatın geri alınmasına qədər rüsvay olacaq", deyə Tramp bildirib.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB