Pakistanda son sutkada koronavirusa yoluxanların sayı 25 min 837-yə çatıb. SİA “RİA Novosti”yə istinadən xəbər verir ki, məlumatı Pakistan hökumətinin mətbuat xidməti yayıb.
Bildirilib ki, son sutkada 1 700-dən çox yoluxma faktı qeydə alınıb. Ölkə üzrə 594 nəfər virusdan ölüb, 7 min 530 nəfər isə sağalıb.
Qeyd edək ki, mayı 2-də Pakistanda sosial təcrid rejimi ləğv olunub. Bazarların həftədə 5 gün saat 17-dək işləməsinə icazə verilir.
Müəllif: Aysel Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB