“Yalnız birgə səylərlə koronavirus infeksiyası ilə mübarizədə qalib gələ bilərik” Hua Çunin
ABŞ-ın səlahiyyətliləri, əvvəlcə COVID-19 ilə mübarizədə əvvəlki aylarda edilən səhvləri düzəltməli və epidemiya ilə mübarizə aparmağa diqqət etməlidirlər. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Çin Xalq Respublikasının Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Hua Çunin cümə axşamı keçirdiyi brifinqdə bəyan edib.
Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Donald Tramp bəyan etmişdi ki, ABŞ üçün COVID-19 pandemiyası ilə bağlı vəziyyət, 1941-ci ildə Pearl Harbor hərbi bazasına edilən hücumdan və 2001-ci il 11 sentyabr terror hücumundan daha da pisdir.
"Əgər ABŞ COVID-19 pandemiyasını Pearl Harbora edilən hücumlar və 11 Sentyabr terror hücumu ilə müqayisə edilə biləcəyini iddia edirsə, deməli, ABŞ-ın bu dəfə qarşılaşdığı düşmən koronavirusdur. ABŞ düşmən olmaq əvəzinə Çin ilə birgə şəkildə koronavirusla mübarizəyə qalxmalıdır. Çünki yalnız beynəlxalq birliyin birgə səyləri ilə biz koronavirus infeksiyası ilə mübarizədə qalib gələ bilərik", deyə diplomat bildirib.
Onun sözlərinə görə, ABŞ-dakı bəzi insanlar daim Çini günahlandırmağa çalışdıqlarını müşahidə edilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB