"ÜST vəzifələrini yerinə yetirmir, milyonlarla dollar alması qəbuledilməzdir" Mayk Pompeo
ABŞ dövlət katibi Mayk Pompeo Vaşinqtonun Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) alternativ təklif edəcəyini istisna etmir. SİA xarici mətbuata istinadən xəbər verir ki, “Fox Business” telekanalının efirində Pompeo jurnalistin ABŞ-ın ÜST funksiyalarını həyata keçirəcək yeni bir qurum yaratmağı planlaşdırması ilə bağlı sualını cavablandırıb.
Onun sözlərinə görə, indi Ağ Ev "bundan sonra hansı hərəkətlərin daha yaxşı olacağını" nəzərdən keçirir. Dövlət katibi ABŞ prezidenti Donald Trampın ÜST-in yenidən uğursuzluğuna yol verməməyi qarşısına məqsəd qoyduğunu söyləyib.
"ÜST vəzifələrini yerinə yetirmədiyi təqdirdə yüz milyonlarla ABŞ dolları alması qəbuledilməzdir", deyə Pompeo bildirib.
Xatırladaq ki, aprel ayında ABŞ lideri Donald Tramp Birləşmiş Ştatların ÜST-ə yardım verməyi dayandırdığını, təşkilatı COVID-19-ın paylanması ilə bağlı "zəif idarəetmə və məlumat gizlətməkdə" ittiham etdiyini bildirmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB