Astronomlar Yerə ən yaxın qara dəlik aşkar ediblər. Gözlənilməz şəkildə kəşf edilən bu qara dəlik bizdən 1000 işıq ili məsafədədir. Bir işıq ili 9,5 trilyon kilometr deməkdir. SİA bunu xarici mətbuata istinadən xəbər verir.
Astronomlar, indiyə qədər Yerə ən yaxın nöqtə olan qara dəliyin ilk dəfə ətrafı ilə şiddətlə qarşılıqlı əlaqədə olmayan ulduz kütləsindən meydana gəldiyinə diqqət çəkdi.
Astronomy & Astrophysics jurnalında dərc edilən araşdırmaya görə, ən yaxın məlum olan qara dəlik 3200 işıq ili məsafədə idi, bu da yeni kəşf ediləndən 3 dəfə daha uzaqda yerləşir.
Avropa Cənub Rəsədxanasında çalışan Tomas Rivinius, "Bəlkə də insanlar üçün çox böyük bir məsafə ola bilər, amma qalaktikanın ölçüsü nəzərə alındıqda bu qara dəlik həqiqətən qonşumuzdur" deyərək yanında olan iki ulduzu çılpaq gözlə görməyin mümkün olduğunu bildirib.
HR6819 adlı bir sistemdə üç ulduzun hərəkətini izləyən astronomlar ulduzlardan birinin orbitində dəyişiklik olduğunu başa düşdülər. Çilidə ulduzları teleskoplarla izləyən elm adamları, ulduzu cəlb edən cismin kütləsinin yalnız qara dəlik ola biləcəyinə və günəşdən 5 qat daha böyük olduğu qənaətinə gəliblər.
Qara dəlikləri tapmaq çox çətindir, çünki ətrafındakı işığı da özünə çəkir. Çox vaxt alimlər yalnız qara dəliyin varlığını yanındakı bir ulduz və ya planeti udduqda və ya parçalananda öyrənə bilərlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB