SARS virusuna son qoyan mutasiya koronavirusda da görüldü - AKTUAL

ABŞ-da elm adamları mutasiyaya uğrayan yeni növ koronavirusun (Covid-19) genetik oxşarı SARS virusunda 2003-cü ildə meydana gələn zəifləmə dəyişikliyinin koronavirusda da üzə çıxdığını bildirib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Arizona Dövlət Universiteti Biodesign İnstitutundan Dr. Efren Lim və onun komandası "Journal of Virology" jurnalında koronavirusla bağlı yeni bir araşdırma yayımlayıblar.

Mütəxəssislər koronavirusun necə yayıldığını, uyğunlaşdığını və mutasiya olduğunu genetik kodunu tez bir zamanda oxumaq üçün "sonrakı nəsil sıralanması" adlı yeni bir texnologiyadan istifadə ediblər.

Arizonadakı koronavirus xəstələrinin burnundan götürülən 382 nümunə araşdırıldıqdan sonra virusun genomunun əhəmiyyətli bir hissəsinin əskik olduğu və genetik koddakı 81 hərfin "tamamilə" məhv edildiyi üzə çıxıb.

Sözügedən mutasiyanın SARS virusunda da üzə çıxdığını deyən Prof. Karol Sikora "Bu SARS virusu üçün sonun başlanğıcı oldu" deyə bildirib.

SARS epidemiyasının ortasında və gec mərhələlərində mutasiyaya uğramış virusun gücünü itirdiyini vurğulayan mütəxəssislər, bu vəziyyətin mutasiya edən yeni koronavirusda da müşahidə edildiyini qeyd ediblər.

Mütəxəssislər mutasiyaya uğrayan yeni növ koronavirusun "zəifləyə biləcəyini", lakin virusun zəiflədiyini söyləmək hələ tez olduğunu vurğulayıblar.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə