Böyük Britaniya hökuməti koronavirus məhdudiyyətlərini yumşaltmaq üçün plan hazırlayıb

Böyük Britaniya hökuməti koronavirus məhdudiyyətlərini yumşaltmaq üçün plan hazırlayıb

Böyük Britaniya hökuməti koronavirusa görə tətbiq olunan məhdudiyyətləri yumşaltmaq üçün plan hazırlayıb.

SİA "Times" qəzetinə istinadən xəbər verir ki, məlumata əsasən hökumət koronavirusun yayılmasının qarşısını almaq üçün tətbiq olunan məhdudiyyətləri yumşaltmaq üçün üç mərhələdən ibarət plan hazırlayıb.

Qəzetin yazdığına görə, birinci kiçik dükanlar və açıq havada olan müəssisələrin fəaliyyətini bərpa etməsinə icazə veriləcək. Sonrakı mərhələdə böyük ticarət mərkəzləri açılacaq və daha çox insanın işinə qayıtmasına şərait yaradılacaq.

Restoran, otel və idman mərkəzlərinin açılması son mərhələdə planlaşdırılır.

Hökumətin sabah mövcud tədbirləri nəzərdən keçirəcəyi gözlənilir, lakin Baş Nazir Boris Conson ikinci bir dalğanın başlamasından narahat olduğunu açıqlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə