Əfqanıstanda oğurlanmış İran vətəndaşları azadlığa buraxılıb. SİA-nın xəbərinə görə, bunu aprelin 20-də İran Xarici İşlər Nazirliyinin sözçüsü Ramin Mehmanpərəst deyib.
Aprelin 18-də Əfqanıstanın Fərah əyalətində yol inşaatı sahəsində fəaliyyət göstərən İran şirkətinə silahlı basqın olub. Nəticədə 12 iranlı mühəndis oğurlanıb. Kabilin 700 kilometrliyində yerləşən Fərah əyalətinin rəsmilərindən olan Nəqibullah Fərahi jurnalistlərə açıqlamasında demişdi ki, naməlum silahlı şəxslər əyalətin "Şibkuh" məntəqəsində fəaliyyət göstərən İran şirkətinə hücum çəkərək 12 iranlı mühəndisi girov götürüb bilinməz istiqamətə aparıblar.
Azadlığa çıxan iranlıların səhhətinin normal olduğunu vurğulayan Mehmanpərəst onları girov götürənlərin kimliyi barədə açıqlama verməyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB