“Birmənalı fikirlər ola bilməz, çünki virus hələ öyrənilir” Dmitri Peskov

“Birmənalı fikirlər ola bilməz, çünki virus hələ öyrənilir” Dmitri Peskov

Koronavirus haqqında hələ heç kim ətraflı məlumat vermir, ona görə də onun süni şəkildə yaradıldığını birmənalı şəkildə demək mümkün deyil. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bu günə qədər heç kim bu koronavirus haqqında ətraflı məlumat verməyib. Bu nisbətən yeni bir koronavirusdur. Hazırda bütün dünyada viroloqlar tərəfindən çox yaxından araşdırılır. Bunun səbəbi ilə birmənalı qiymətləndirmə və birmənalı məlumat yoxdur. Buna görə də bu vəziyyətdə heç bir səbəb olmadan heç bir belə birmənalı bəyanat verməyimiz lazımsızdı” deyən Peskov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

Peskov qeyd edib ki, birmənalı fikirlər ola bilməz, çünki virus öyrənilir, məlumat mübadiləsi aparılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə