“Nüvə sazişinə üzv ölkələr İranın cavabını çox yaxşı bilir” Həsən Ruhani

“Nüvə sazişinə üzv ölkələr İranın cavabını çox yaxşı bilir” Həsən Ruhani

İran prezidenti Həsən Ruhani, nüvə sazişinə üzv ölkələrin (Rusiya, Çin, Fransa, Almaniya, İngiltərə) liderlərinə məktub yazaraq, İrana qarşı silah embarqosuna Tehranın cavabının nə olacağını söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu barədə prezident Ruhani İran televiziyasının evirində yayımlanan dövlət toplantısında deyib.

"Əgər bir gün İrana qarşı hər hansı bir bəhanə və ya mexanizm altında silah embarqosunun yenidən bərpa olunmasını istəyirlərsə, qrup liderlərinə məktubumun sonuncu abzasında yazdığım kimi 4 + 1 ölkələrinə cavab verəcəyik. Cavabı çox yaxşı bilirlər "deyə İran prezidenti fikirlərini gizlətməyib.
Onun sözlərinə görə, İranın reaksiyası ciddi nəticələrə səbəb olacaq. O, həmçinin ABŞ-ın nüvə sazişindən çıxmasının "axmaq səhv" olduğunu söyləyib.
"Amerikalılar yalnız 2 ay ərzində öz xəyallarından oyandılar və nüvə sazişindən çıxdıqları zaman böyük bir səhv etdiklərini başa düşdülər. Onların irəli, yaxud geriyə yolları yoxdur", deyə Həsən Ruhani bildirib.
Onun sözlərinə görə, Vaşinqton yalnız razılaşmaya daxil olmaq üçün yenidən müraciət edə bilər, bu əvvəlcə qəbul edilməli və eyni zamanda İrana tətbiq olunan sanksiyaların vurduğu ziyanı kompensasiya edə bilər.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə