Covid-19 ilə bağlı yeni xəbərdarlıq: - Uşaqlardan ehtiyatlı olun

Covid-19 ilə bağlı yeni xəbərdarlıq: - Uşaqlardan ehtiyatlı olun

ABŞ-da Covid-19-dan ən çox təsirlənən Nyu-Yorkda 15 uşaqda görülən bir infeksiya növü, koronavirusun uşaqlara təsiri ilə bağlı narahatlıq doğurub. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Gündəlik Covid-19 məlumat yığıncağında New York valisi Bill de Blasio, şəhərdəki xəstəxanalardakı 15 uşağa 15 günə qədər rast gəlinməyən bir sağlamlıq problemi ilə əlaqədar yeni bir xəbərdarlıq edib. Multisistem infeksiyası olan uşaqların əlamətləri arasında qızdırma, səpgi, qarın ağrısı və qusma əlamətləri qeyd edilib.

Qubernatorluq 21 yaşınadək bu simptomların göründüyü bütün halların dərhal bildirilməsini istəyib.

İnfeksiyalı uşaqların dördündə Covid-19 testi müsbət, altısında antikor olub. Hallarla bağlı ölüm barədə məlumat verilməyib.

Nyu York Sağlamlıq Komissarı Oxiris Barbot erkən müalicənin həm erkən diaqnoz kimi vacib olduğunu vurğulayıb və valideynlərdən simptomlarla bağlı diqqətli olmalarını istəyib. Barbot Filadelfiya və Boston əyalətlərində də oxşar hadisələr haqqında məlumatların olduğunu söyləyib.

Bənzər hallar daha əvvəl İngiltərə və İtaliyada təyin edilib. İşlərin kawasaki xəstəliyi ilə əlaqəsi araşdırılır.

Haqqında hələ də kifayət qədər məlumat olmayan yeni koronavirusun və onun səbəb olduğu Covid-19 xəstəliyinin uşaqlara çox təsir etmədiyi güman edilir.

Buna səbəb 0-9 yaş qrupunda ölüm nisbətinin çox aşağı olmasıdır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə