Koronavirusla mübarizə son 24 saatda baş verənlər

Koronavirusla mübarizə son 24 saatda baş verənlər

Dünyada yeni növ koronavirusa yoluxanların sayı 3 milyon 700 mini, ölənlərin sayı 250 mini ötsə də, sağalanların sayı 1 milyon 225 mini ötüb. SİA-nın xəbərinə görə, pandemiyanın ən çox təsir etdiyi ölkə olan ABŞ-da virusa yoluxanların sayı 1 milyon 250 minə yaxınlaşarkən, ölənlərin sayı 71 min 225 nəfər, sağalanların sayı isə 192 min 177 nəfərə çatıb. Pandemiyaya görə, 2 aydır səfərlərini təxirə salan ABŞ prezidenti Donald Tramp bu müddətdən sonra ilk səfərini Arizonaya edib.

İtaliya

İtaliyada COVİD-19-dan yoluxanların sayı 213 013 nəfərə, ölənlərin sayı 29 315-ə çatıb, 85 231 nəfər isə xəstəlikdən sağalıb.

İngiltərə

Koronavirus infeksiyasına yoluxanların sayı 194 990-a, dünyasını dəyişənlərin sayı 29 427-yə çatan İngiltərə Avropada ölüm sayına görə ilk yerdə qərarlaşıb.

İspaniya

İspaniyada pandemiyadan ölənlərin sayı 25 613, yoluxanların sayı isə 250 561 nəfərə çatıb. Ölkədə 154 718 nəfər xəstəlikdən sağalıb. Aprel ayında ölkədə ictimai xidmətlərdə qeydiyyata alınan işsizlərin sayı əvvəlki aya nisbətən 8 faiz artaraq ümumilikdə 3 831 203-nəfərə çatıb.

Fransa

Fransada COVİD-19 qurbanlarının sayı 25 531 nəfərə çatarkən, yoluxanların sayı 170 551 nəfərə yüksəlib, 52 736 nəfər isə xəstəlikdən sağalıb.

Ötən gün ərzində Çində ölüm faktı qeydə alınmayıb.

Ölkələrdə ölüm sayı

Belçikada 8 016,

Almaniyada 6 993,

İranda 6 340,

Braziliyada 7 367,

Hollandiyada 5 168,

İsveçdə 2 854,

Meksikada 2 271,

İsveçrədə 1790,

Rusiyada 1451,

Hindistanda 1571

Portuqaliyada 1074 nəfərdir.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə