Koronavirusa qarşı dərman könüllülər üzərində tətbiq edilməyə hazırdır
Türkiyə koronavirusa qarşı dərman işlərində əhəmiyyətli bir addım adıb. SİA-nın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, yeni hazırlanan dərman koronavirus xəstələri ümidə çevrilib. Belə ki, Səhiyyə Elmləri Universitetinin rektoru Cevdet Erdöl yeni dərmanın könüllü xəstələrə tətbiq olunmağa hazır olduğunu açıqlayıb.
O bildirib ki, həkimlərin 7 gün 24 saat sürən fədakarlıqları nəticəsində hazırlanan yerli vasitənin qısa zamanda lisenziyalaşdırılacağı proqnozlaşdırılır. Səhiyyə Elmləri Universiteti və VSY Biotexnologiya və Əczaçılıq Sənayesi ilə əməkdaşlıqda hazırlanan "TR-C 19" dərmanı dövlət səviyyəsində dəstəklənir.
Dərmanın tətbiq edilməsi üçün lazımı icazələri gözləyirik. Qısa müddətdə “TR-C 19”-un lisenziyalaşdırılacağını planlaşdırırıq. Dərman laboratoriyada şəraitində aparılan tətbiq nəticəsində koronavirusu zərərsizləşdirib”, - deyə C.Erdöl qeyd edib.
VSY Biotexnologiya və Əczaçılıq Sənayesinin İdarə heyəti rəhbəri Ercan Varlıbaş bütün potensiallarını əczaçılıq araşdırmaları üçün xidmətə verdiklərini dilə gətirib: “Ümid edirəm ki, hazırlanan yeni dərman xəstələrimizin sağalmasında təsirli olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB