"Rusiya prezidenti ilə bir çox məsələni müzakirə edəcəyik" Aleksandr Lukaşenko
Belarus Prezidenti Aleksandr Lukaşenko çərşənbə axşamı rusiyalı həmkarı Vladimir Putin ilə telefon danışığı barədə məlumat verib. SİA RİA Novostiyə istinadən xəbər verir ki, o bunu jurnalistlərlə söhbət zamanı söyləyib.
"Düşünürəm ki, bu gün Rusiya prezidenti ilə bir çox məsələni müzakirə edəcəyik. O, mənə saat 17-də zəng vurub söhbət etmək istəyib", deyə Aleksandr Lukaşenko bildirib.
Belarus liderinin sözlərinə görə, prezidentlər qarşılıqlı maraq doğuran mövzuları müzakirə edəcəklər.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB