Almaniya kansleri Angela Merkelin və prezident Frank-Valter Steinmeierin II Dünya Müharibəsi və Böyük Vətən Müharibəsi Qələbənin 75 illiyinin keçirməsi ilə əlaqədar Moskvada olması, Berlinin Rusiya ilə yaxşı münasibətlər istəməsi ilə bağlı söylədiklərinin ciddiliyini göstərmək üçün lazımdır. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə RİA Novostiyə müsahibəsində Almaniya Bundestaqının deputatı, Sol fraksiyanın Şərqi Avropadakı rəsmi nümayəndəsi Aleksander Noy bildirib.
"Alman tərəfində normallaşma istənilirsə, o zaman Merkel və Steinmeier, koronavirusla əlaqədar parad baş tutmasa belə Moskvadakı Qələbə şənliklərinə getməlidirlər. Gedib getməmələri Berlinin, Almaniyanın Rusiya ilə yaxşı münasibətdə olması ilə bağlı söylədiklərinin nə qədər ciddi olduğunu sınayacaq. Və Alman rəhbərliyinin Moskvaya getməsi transatlantik qüvvələrin və maraqların mövcud gücünün bir sübutu olacaq", deyə Aleksander Noy bildirib.
Parlament üzvü xatırladıb ki, Merkel 2005 və 2010-cu il mayın 9-da Moskvada olub. 2015-ci ildə Ukraynanın cənub-şərqindəki vəziyyəti nəzərə alaraq, Almaniya kansleri mayın 10-da Moskvaya gedib və Rusiya Prezidenti Vladimir Putinlə Aleksandr bağındakı Naməlum əsgər məzarı önünə əklil qoyub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB