"Koronavirusun antidotu qlobal həmrəylikdir" - ÜST

"Koronavirusun antidotu qlobal həmrəylikdir" - ÜST

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru. Tedros Adhanom Ghebreyesus, yeni tip koronavirusun antidotunun "milli birlik" və "qlobal həmrəylik" olduğunu ifadə edərək: "Bu virus uzun müddət bizimlə olacaq" xəbərdarlığını edib.

Ghebreyesus ÜST-nin İsveçrənin Cenevrə şəhərindəki qərargahında video konfrans vasitəsilə mətbuat konfransı keçirib. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.

Avropa Birliyi (AB) Komissiyası tərəfindən təşkil edilən "Koronavirus Qlobal Mübarizə Beynəlxalq Fəaliyyəti" ndə 40-da çox ölkə liderlərin iştirak etdiyini bildirən Ghebreyesus, Covid-19 peyvəndi, onun diaqnozu və müalicəsini araşdırmaq və inkişaf etdirmək üçün ümumilikdə 7,4 milyard dollar vəsait ayrıldığını söyləyib.

Ghebreyesus, hadisənin qlobal həmrəyliyin güclü və ilhamverici bir göstəricisi olduğuna diqqət çəkərək, "hərkəs Covid-19-dan eyni dərəcədə qorunmalıdır. Hamımız təhlükəsiz olana qədər heç birimiz təhlükəsiz deyilik" deyib.

Dünyanın bir sıra ölkələrində yeni halların və ölümlərin sayının azaldığını, digərlərində isə artdığını vurğulayan Ghebreyesus, "Buna görə ianə səmərəliliyi çox vacib idi. Bu virus uzun müddət yanımızda olacaq. Onu məğlub etmək üçün vasitələr hazırlamaq və bölüşmək üçün bir araya gəlməliyik".

Ghebreyesus "Bu virusa qarşı antidot milli birlik və qlobal həmrəylikdir. Bu virusa qarşı antidot insan ruhudur" dedi.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə