"Nike" koronavirusla mübarizə aparan tibb işçilərini paltar və ayaqqabı ilə təchiz edəcək

"Nike" koronavirusla mübarizə aparan tibb işçilərini paltar və ayaqqabı ilə təchiz edəcək

Amerikanın idman geyimləri və ləvazimatları istehsal edən "Nike" şirkəti ABŞ və Avropada koronavirusla mübarizə aparan tibb işçilərini 140 min ədəd geyim, ayaqqabı və zəruri avadanlıqlarla təchiz etmək üçün bir sıra xeyriyyə təşkilatları ilə əməkdaşlıq edəcək.

SİA xəbər verir ki, şirkətin saytında verilən xəbərə əsasən, tibb işçiləri, digər ləvazimatlarla birlikdə xüsusi olaraq onlar üçün hazırlanmış 32,5 min cüt ayaqqabı alacaqlar ki, bu da Çikaqo, Los Anjeles, Memfis, New Yorkdakı xəstəxanalara, habelə Barselona, Berlin, London, Milan və Paris də daxil olmaqla bir sıra Avropa şəhərlərinə göndəriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə