“Çin "səhv edib" və bunu gizlətməyə çalışıb” Donald Tramp

“Çin "səhv edib" və bunu gizlətməyə çalışıb” Donald Tramp

ABŞ Prezidenti Donald Tramp Çin mallarına olan tariflərin artırılmasını ÇXR-nın koronavirus, COVID-19 barədə dünya ictimaiyyətinə məlumat verməməsinə görə məsuliyyət daşıması üçün olan tədbirlərdən biri hesab etdiyini söyləyib. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri ABŞ prezidenti “Fox News”-a müsahibəsində deyib.

"Bu, ən pis cəzadır. Bunu deyəcəyəm. Hamımız çətin oyun oynayırıq, bu şahmat və ya pokerdir. Bunlar dama yarışı deyildir, sizə deyəcəyim budur", deyə Amerika lideri suala dair cavabında “Fox News”-a bildirib.
Trump, tariflərin danışıqlarda əla bir vasitə, alət olduğunu da əlavə edib. Koronavirusun görünüşünün qəsdən və ya təsadüfi olub olmadığını soruşduqda, siyasətçi, “Çin "səhv edib" və bunu gizlətməyə çalışıb”, deyə söyləyib.

"Çinə gedən insanları dayandırdılar, ancaq Çindən dünyaya səyahət edən insanları dayandırmadılar", deyə Tramp narazılıını bildirib.

Siyasətçi, Çin səlahiyyətlilərinin problemin mövcud olduğunu bildiyinə, lakin buna qarşı çıxdıqlarına inandığını da gizlətməyib.

Çin isə öz növbəsində dəfələrlə koronavirus məlumatlarını gizlətmək iddialarını rədd edib.

Xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) naməlum mənşəli pnevmoniyanın baş verməsi barədə məlumat verib. Martın 11-də ÜST vəziyyəti pandemiya kimi tanıyıb.
Qeyd edək ki, artıq 200-dən çox ölkədə, 3.5 milyondan çox yoluxma hadisəsi aşkar edilib, 243 mindən çox adam ölüb. ABŞ, COVID-19 hadisələrinin sayına görə liderə çevrilib. Orada 1.157.945 yoluxmuş aşkar edilib, 67 680 nəfər isə ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə