"Putin növbəti iclas keçirmək niyyətindədir" Dmitri Peskov

"Putin növbəti iclas keçirmək niyyətindədir" Dmitri Peskov

Rusiya Prezidenti Vladimir Putin mayın 6-da koronavirus infeksiyası ilə mübarizə çərçivəsində əvvəllər qəbul edilmiş qərarların icrası ilə bağlı növbəti iclas keçirmək niyyətindədir. SİA RİA Novostiyə istinadən xəbər verir ki, bu barədə bazar ertəsi jurnalistlərə Rusiya liderinin mətbuat katibi Dmitri Peskov məlumat verib.

Onun sözlərinə görə, qarşıdakı görüş zamanı gələcək addımlarla bağlı tövsiyələr də dinləniləcək.

Qeyd edək ki, Rusiyada özünü təcridetmə rejimi Vladimir Putinin xalqa müraciəti zamanı aprelin əvvəlində tətbiq olunub. Məhdudiyyətlərin aprelin 30-da qaldırılması planlaşdırılırdı, lakin sonradan epidemioloji vəziyyəti nəzərə alaraq, prezident müvəqqəti məhdudiyyətlərin, o cümlədən mayın 11-dək davam edəcəyini açıqlayıb.

Xatırladaq ki, ötən həftə dövlət başçısı mart və aprel aylarında qəbul edilmiş bütün fövqəladə tədbirlərin icrası barədə ətraflı hesabat hazırlayıb təqdim etməyi tapşırmışdı. Bir qədər əvvəl isə Sputnik radiosu, 9 mayda Rusiya liderinin yenidən ölkə vətəndaşlarına müraciət edəcəyini bildirmişdi.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə