Ermənistanda 500 min nəfər koronavirusa yoluxa bilər. Bunu ölkənin səhiyyə naziri Arsen Torosyan proqnozlaşdırıb. O bildirib ki, virusdan ölənlərin sayı min nəfəri ötə bilər.
Nazir əlavə edib ki, karantin qaydalarına əməl olunmadıqca on minlərlə şəxs xəstəxanalara yerləşdiriləcək.
Qeyd edək ki, bu günədək Ermənistanda 2 500-dən çox şəxs koronavirusa yoluxub, 39 nəfər ölüb.
Ölkədə mayın 14-dək fövqəladə vəziyyət elan edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB