"COVİD-19 peyvəndi 2020-ci ilin sonunda hazır olacaq" Donald Tramp

"COVİD-19 peyvəndi 2020-ci ilin sonunda hazır olacaq" Donald Tramp

Koronavirus peyvəndi ABŞ-da 2020-ci ilin sonuna yaxın peyda olacaq. SİA xarici mətbuata istinadən xəbər verir ki, bu sözləri “Fox News” efirində prezident Donald Tramp söyləyib.
Onun sözlərinə görə, inzibati baxımdan ölkə hakimiyyəti və ayrı-ayrı idarələr müəyyən dərmanların istifadəsi də daxil olmaqla müəyyən icazələrin verilməsi üçün "mümkün qədər sürətlə işləyirlər".
Qeyd edək ki, Cons Hopkins Amerika Universitetinin məlumatına görə, ABŞ-da 1,15 milyondan çox koronavirusa yoluxma hadisəsi qeydə alınır və 67,4 min adam ölüb.
Xatırladaq ki, 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) yeni növ koronavirusun yayılması barədə məlumat verib. Martın 11-də ÜST vəziyyəti pandemiya kimi tanıyıb. Dünyada 3,4 milyondan çox yoluxma hadisəsi aşkar edilib, 243 mindən çox xəstə ölüb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə