İranda koronavirusdan ölənlərin sayı 6 277 nəfərə çatıb

İranda koronavirusdan ölənlərin sayı 6 277 nəfərə çatıb

İranda daha 74 nəfər koronavirusun qurbanı olub. SİA IRNA-ya istinadən xəbər verir ki, İran Səhiyyə Nazirliyinin mətbuat katibi Kiyanuş Cahanpur ölkədə infeksiyadan ölənlərin sayının 6 min 277 nəfər olduğunu deyib.

O bildirib ki, daha 1 min 223 nəfərdə koronavirus aşkarlanıb və bununla da infeksiya daşıyıcılarının sayı 98 647 nəfərə çatıb. K.Cahanpur 79 min 397 nəfərin koronavirusdan sağalaraq xəstəxanalardan buraxıldığını söyləyib.

O həmçinin 2 min 676 pasiyentin vəziyyətinin ağır olduğunu vurğulayıb.

Qeyd edək ki, ölkənin parlament sədri Əli Laricani, birinci vitse-prezidenti İshaq Cahangiri, sənaye, mədən və ticarət naziri Rza Rəhmani, səhiyyə nazirinin müavini İrəç Hərirçi, vitse-prezident Məsumə Ebtekar, ali rəhbərin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, fövqəladə hallar təşkilatının başçısı İsmayıl Naccar, sabiq ədliyyə naziri Mustafa Purməhəmmədi də daxil olmaqla 23 deputat koronavirusa yoluxub.

Bundan başqa, qadın deputat Fatimə Rəhbər, İranın Vatikandakı keçmiş səfiri Hadi Xosrovşahi, İran Məsləhət Şurasının üzvü Seyid Məhəmməd Mirməhəmmədi,İran XİN başçısının sabiq müşaviri Hüseyn Şeyxülislam və İran Ekspertlər Şurasının üzvü Seyid Həşim Bəthayi koronavirusdan ölüb.

Martın 11-i koronavirusa yoluxmuş İran parlamentinin millət vəkili Zöhrə İlahian və səhiyyə nazirinin müavini İrəç Hərirçi tam müalicə olunaraq evə buraxılıb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə