İsraildə koronavirusa yoluxanların sayı 16 237 nəfərə çatıb

İsraildə koronavirusa yoluxanların sayı 16 237 nəfərə çatıb

İsraildə koronavirusa yoluxanların sayı 16 min 237 nəfərə çatıb. SİA “Newsru”ya istinadən xəbər verir ki, məlumatı İsrail Səhiyyə Nazirliyi yayıb.

Son sutkada ölkədə 44 yeni yoluxma, 4 ölüm hadisəsi qeydə alınıb. Koronavirusdan ölənlərin ümumi sayı 234-ə çatıb, indiyədək 9 min 858 pasiyent sağalıb. Hələlik çimərliyə getmək qadağası qüvvədədir. Ancaq onun da tezliklə aradan qaldırılacağı gözlənilir. Bəzi ictimai iaşə müəssisələrinin fəaliyyəti bərpa olunub.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus 212 ölkə və bölgədə qeydə alınıb.

Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 3 milyon 582 mini ötüb. Bunların 1 milyon 159 min 953 nəfəri sağalıb, 248 min 555 nəfəri isə ölüb.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə