Konstantin Zatulinin Estoniyaya girişinə qoyulan qadağa qüvvədədir

Konstantin Zatulinin Estoniyaya girişinə qoyulan qadağa qüvvədədir

Tallinn məhkəməsi Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulinin Estoniyaya girişinin qadağan edilməsinə dair qərarı qüvvədə saxlayıb. SİA bu xəbəri “RİA Novosti”-yə istinadən xəbər verir.

Bildirilib ki, Estoniyanın Daxili İşlər Nazirliyi 2018-ci il martın 28-dən 2023-cü il martın 28-dək K.Zatulinə Estoniyaya səfərini qadağan edib. Bundan sonra deputat məsələ ilə bağlı Tallinn məhkəməsinə müraciət etmişdi.

Qeyd edək ki, K.Zatulinin Azərbaycan və Ukraynaya da girişi qadağan edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə