Qoşulmama Hərəkatının videokonfransında Həsən Ruhani də iştirak edəcək - Səfirlik

Qoşulmama Hərəkatının videokonfransında Həsən Ruhani də iştirak edəcək - Səfirlik

Qoşulmama Hərəkatına üzv ölkələrin başçılarının videokonfrans formatında görüşü mayın 4-də Bakı vaxtı ilə saat 15:00-da Qoşulmama Hərəkatının növbəti sədri kimi Prezident İlham Əliyevin çıxışı ilə başlayacaqdır. SİA-ya İran İslam Respublikasının Azərbaycandakı səfirliyindən verilən məlumata görə, İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani də bu konfransda iştirak edəcəkdir.

Prezidentin çıxışından və BMT baş katibinin video müraciətindən sonra Ümumdünya Səhiyyə Təşkilatının baş katibi, Afrika İttifaqı Komissiyasının başçısı və Avropa Komissiyasının muavini çıxış edəcəklər.

Daha sonra Qoşulmama Hərəkatına üzv ölkələrin başçılarının çıxışı başlayacaqdır. İran İslam Respublikasının Prezidenti cənab Həsən Ruhani bu konfransda 6-cı çıxış edəcəkdir.

Qeyd etmək lazımdır ki, prezidentlərin çıxışı əlifba sırasına uyğun olaraq tərtib edilib.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə