İspaniyada sutkada 164 nəfər yeni növ koronavirusdan ölüb

İspaniyada sutkada 164 nəfər yeni növ koronavirusdan ölüb

İspaniyada sutkada ən az 164 nəfər yeni növ koronavirusdan ölüb. SİA-nın məlumatına görə, bu barədə ölkənin Səhiyyə Nazirliyi bildirib.

Bu göstərici martın 18-dən bəri ən aşağı olub. Aprelin 1-də ölkədə ölüm halları üzrə antirekord qeydə alınıb. Həmin gün sutka ərzində 950 xəstə epidemiya qurbanı olub.

Ölkədə infeksiyanın yayılmasından etibarən ölənlərin ümumi sayı 25 264 nəfərə çatıb. Testlər vasitəsilə ilə aşkar olunan xəstələnənlərin ümumi sayı 217 466 nəfərə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə