“Eurostar” kompaniyası mayın 4-dən bütün sərnişinləri tibbi maska taxmağa məcbur edəcək
Böyük Britaniya və Avropanın qitə dövlətləri arasında sürətli dəmiryol əlaqəsi həyata keçirən “Eurostar” kompaniyası koronavirus infeksiyasının yayılması səbəbindən mayın 4-dən başlayaraq bütün sərnişinlərin tibbi maska taxmalı olduğunu bildirib.
SİA xəbər verir ki, kompaniyanın məlumatına görə, sərnişinlər ağız və burunlarını örtən istənilən maskanı taxa bilər.
Belçikada mayın 4-dən, Fransada isə mayın 11-dən başlayaraq 12 yaşdan yuxarı bütün vətəndaşlar üçün nəqliyyatda tibbi maskalardan istifadə məcburi olacaq.
La-Manş boğazının altından keçən Avropa tunelinin operatoru olan “Eurostar” kompaniyası London, Paris, Lill, Brüssel, Amsterdam arasında sürətli dəmiryol əlaqəsi həyata keçirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB