Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb

Boliviya Hərbi Hava Qüvvələrinə məxsus təyyarə qəzaya uğrayıb.

SİA "gazeta.ru" saytına istinadənxəbər verir ki, Santa Cruz şəhərinə uçan təyyarə Beni bölgəsində qəzaya uğrayıb. Təyyarədə olan altı nəfər - iki pilot və vətənlərinə qayıtmaq üçün beynəlxalq hava limanına çatdırılmalı olan dörd ispaniyalı həlak olublar.

Boliviya Müdafiə Nazirliyi "Facebook"da qurumun başçısıi Luis Fernando Lopes vəzifələrini yerinə yetirərkən həlak olan pilotların ailələrinə başsağlığı verib.

Bütün xəbərlər Facebook səhifəmizdə