Son 24 saat ərzində Çində koronavirusdan ölən və ya yoluxan qeydə alınmayıb. SİA xəbər verir ki, Çin Milli Səhiyyə Komissiyasının verdiyi açıqlamaya əsasən COVID-19 üzrə heç bir hadisə və halın baş vermədiyi bildirilib.
Açıqlamaya əsasən, hazırda 43 şəxsin xəstəxanadan müalicə alaraq buraxıldığı və 557 xəstənin isə hələ də müalicə aldığı bildirilib.
Qeyd edək ki, Çində ümumi 82 875 nəfərdə virus aşkarlanıb, 4 633 nəfər virusdan həyatını itirib, yoluxmuş 77 684 xəstə isə müalicə alaraq sağalıb.
Müəllif: Nigar Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB