Super zənginlərin Covid-19 önləmləri: - yaxtalar, mülklər, yeraltı bunkerlə

Koronavirus epidemiyası səbəbindən dünyanın bir çox ölkəsində komendant saatı tətbiq edilərkən insanlar evlərində mümkün qədər qalmağa çalışırlar. Karantin günləri adlandırıla bilən bu dövrdə hər kəs büdcəsinə görə təcrid olunur. Beləliklə, evdə qalmaq öhdəliyi dünyada gəlir paylanmasının pozulmasını fərqli bir şəkildə ortaya qoyur. SİA-nın məlumatıan görə, bəzi ailələr nisbətən kiçik evlərində karantini keçirməli olsalar da, xüsusən məktəblərin bağlanması və evdən işləmək səbəbi ilə dünyanın "super zənginləri" yaxtalarında və ya xüsusi hazırlanmış yeraltı bunkerlərdə koronavirusdan qaçırlar.

ABŞ-dakı media müdirlərindən biri olan Devid Geffen, Mart ayının sonlarında İnstaqramdakı Şəxsi hesabında Karib Adaları'nın böyük yaxta fotoşəkilini paylaşdı: "Keçən gecə gün batdı ... Qrenadində təcrid olunma və virusdan qorunma. Ümid edirəm hamı təhlükəsizlikdədir" deyə yazıb.

Bu mesaj yüzlərlə insanın dünyanın başqa yerlərində zəruri qida maddələrini almaq üçün bazar növbələrində gözlədiyi bir vaxta gəldikdə çoxlarının qəzəbli reaksiyasına səbəb oldu.

Xüsusi təyyarələrlə ölkəni tərk edənlər, lüks yeraltı bunkerlərdə gizlənənlər də var

Koronavirusun yayılması baş verəndə bəzi qlobal elitalar şəhərlərdən uzaqdakı malikanələrinə geri çəkildilər, digərləri dəniz kənarındakı xüsusi təyyarələri ilə özünü təcrid etdilər.

PrivateFly özəl reaktiv şirkəti, riskli ölkələri tərk etmək istəyən insanların tələbləri ilə satışlarda partlayış olduğunu söylədilər.
Bəzi varlılar da Covid-19 xəstəliyindən qorunmaq üçün lüks yeraltı bunkerlərə sərmayə qoydular. Yeraltı sığınacaq xidmətləri təklif edən Texas mərkəzli Rising S Bunkers şirkəti, koronavirus günlərində gələn zənglərə çata bilmədiklərini bildirdilər.

Varlıların daha çox "Aristokrat" sığınacağını aldığını söylədilər. Bu sığınacaqda sauna, idman otağı, hovuz, jakuzi, istixana və qaraj var. 'Aristokrat' ın qiyməti təqribən 8.35 milyon ABŞ dollarıdır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə