ABŞ PKK-nın 5 liderinin bank hesablarını dondurdu

ABŞ PKK-nın 5 liderinin bank hesablarını dondurdu

ABŞ terror təşkilatı PKK ilə mübarizədə Türkiyəyə dəstək üçün önəmli addım atıb. SİA-nın "Zaman" qəzetinə istinadən verdiyi məlumata görə, Cəmil Bayık, Duran Kalkan, Rəmzi Kartal, Sabri Ok ve Adem Uzun adlı təşkilat rəhbərləri narkotika qaçaqmalçılığı ilə ittiham edilərək ABŞ-dakı bank hesabları dondurulub. Vaşinqton 2009-cu ildə də PKK rəhbərləri Murad Karayılan, Əli Rıza və Zübeyr Aydarı "qara siyahı"ya daxil etmişdi.

 

ABŞ-ın atdığı bu addım Ankara tərəfindən məmnuniyyətlə qarşılanıb. Qərara bağlı Türkiyə Xarici İşlər Nazirliyindən edilən şərhdə bildirilib ki, adıçəkilən şəxslərin bank hesablarının dondurulması onların əməllərin xarakterinin təyin etməyə yardım edəcək: "Bir qismi hələ də bəzi xarici ölkələrdə yaşayan, sərbəst şəkildə səyahət edən bu şəxslərlə terrorla mübarizə istiqamətində əlaqədar ölkələrin beynəlxalq öhdəlikləri yerinə yetirməsini gözləyirik".

 

Qeyd edək ki, bir neçə gün bundan əvvəl Avropa Birliyinin (AB) polis təşkilatı "Europol" da açıqladığı hesabatda "terror təşkilatı PKK-nın narkotika qaçaqmalçılığı və insan ticarəti sayəsində əldə etdiyi fondları terrorçu fəaliyyətlərdə istifadə etdiyi" ifadə olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə