ABŞ Prezidenti Donald Tramp ABŞ Qida və Dərman Administrasiyasının (FDA) yeni növ koronavirus (Covid-19) müalicəsi üçün Amerikan Gilead dərman firması tərəfindən istehsal edilən antiviral dərmanı "Remdesivir"ə "təcili təsdiq" verdiyini açıqlayıb. SİA bunu xarici KİV-lərə istinadən xəbər verir.
Tramp jurnalistlərin FDA prezidenti Stephen Hahn, Ağ Evdəki həkimlər Covid-19 Task Force, Deborah Birx və Enthony Fauci ilə jurnalistlərin qarşısına çıxıb. "Remdesivir" dərmanının klinik sınaqlarda müsbət nəticələr verdiyini vurğulayan Tramp "FDA Remdesivir üçün təsdiq etdiyini elan etməkdən məmnunam" deyə bildirib.
Doktor Fauci sözügedən dərmanın yalnız bu gün üçün ağır vəziyyətdə olan xəstələrdə istifadə olunacağını söyləyib. FDA tərəfindən edilən açıqlamada, "Covid-19" üçün xəstəxanaya yerləşdirilən xəstələrin müalicəsində Remdesivir istifadəsinin təhlükəsizliyi və təsiri ilə əlaqədar məhdud bir məlumata sahib olduqlarına diqqət çəkilib".
Klinik təcrübələrin Remdesivirin xəstələrin sağalma müddətini qısaltdığını göstərdiyini vurğulayan açıqlamada, "tam təsdiq" üçün daha çox vaxtın tələb olunduğu ifadə edilib.
Digər tərəfdən "Remdesivir" Covid-19 üçün təsdiqlənən ilk dərmandır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB